Sankt-Peterburqda kişi altı uşağı girov götürüb


Rusiyada silahlı şəxs Sankt-Peterburqun şəhər ətrafında yerləşən mənzildə altı uşağı girov götürüb.



“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə güc strukturlarındakı mənbə məlumat verib.

Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər ki, uşaqları evə qapadan onların atasıdır. Ən balaca uşağın 3, ən böyüyünün isə 15 yaşı var.

Mənbənin bildirdiyinə görə, kişi sərxoş haldadır və əlində balta var. Polisə məlumatı isə mənzilə daxil ola bilməyən həyat yoldaşı verib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları 38 yaşlı kişi ilə danışıqlar aparmağa çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu