Azərbaycanda ər arvadını balta ilə vurdu


Qazaxda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.


AFN "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində baş verib.

Belə ki, kənd sakini 1981-ci il təvəllüldüa Xasməmmədov Eldəniz münaqişə zamanı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanı balta ilə vurub. Bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Onların bir müddər əvvəl boşansalar da, məhkəmə qadına həmin evdə yaşamaq hüququ verilib. Məlumata görə, hadisə azyaşlı uşağın gözü qarşısında baş verib.

Faktıa bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu