Sevil Gültən Mahir Qarayevin tərcüməsindəki SƏHVLƏRDƏN YAZDI
Mən haqsız sözü qəbul etmirəm. Dünən yazmışdım, Mahir Qarayev mənim tərcüməmdə guya hər cümlənin dəyişməli olduğunu deyir. Mən isə necə tərcümə etdiyimi bilirəm. Demirəm ki, tərcüməmin redaktəyə ehtiyacı yoxdur, hər mətni təkrar redaktə etmək mümkündür kənar gözlə.
Amma Mahir Qarayevin tərcümə etdiyi bir hekayəni ( “Soyuq Qan”- Çexov) oxuyandan sonra başa düşdüm ki, o heç vaxt mənim tərcüməmə dəyər verə bilməz. Çox güman eqosu imkan verməyib ki, tərcüməsini kiməsə redaktə etdirsin. Yarım saat vaxt sərf etdim, 10 səhifəlik hekayənin 3 səhifəsindəki kobud redaktə və tərcümə səhvlərindən yazdım. İnşallah sabah hekayənin o biri səhifələrindəki səhvlərdən yazacam. Mən rus dilində oxuyub anlayıram, amma rus hərfləri ilə yaza bilmirəm deyə google-da bu hekayənin orjinalını axtara bilmədim. İngiliscəsini oxudum. İnanıram ki, rus dilindən ingilis dilinə normal tərcümə olunub. Mahir Qarayevin vikipediyasına da göz gəzdirdim. Yaxşı yerlərdə işləyib. Tərcümə mərkəzində hətta ingilisdilli jurnalın redaktoru olub. ( O rus dilini bilir. Amma inanmıram ki, ingilis dilini ən azı orjinalda kitab oxuya biləcək səviyyədə bilsin. Çox güman mən rus dilini necə bilirəmsə o da ingilis dilini elə bilir). Mənim vəzifəm olmayıb onun kimi. Həmişə bir sözü təkrar edirəm, ola bilər zəif tərcüməçiyəm, amma VİCDANLI insanam. Vicdanı olmayanlar mənə və mənim tərcümələrimə qiymət verə bilməz. Mən adətən tərcüməni bitirirəm, bir neçə dəfə oxuyub təhvil verirəm. Bir az istirahət edib beynim dincələndən sonra təkrar oxusam mənim tərcümlərimə redaktor lazım deyil, sadəcə savadlı korektor kifayətdir. MİMTA-da Əsəd Aslanoğlu tərcüməmi Mahir Qarayevin redaktə edəcəyini deyəndə onu mənə belə təqdim etdi: "Azərbaycanda dünya ədəbiyyatını ondan yaxşı redaktə edən yoxdur."
Buyurun, yarım saat ərzində onun tərcüməsində gördüyüm redaktə və tərcümə səhvləri:
1. “Xeyli vaxtdı yarımstansiyada dayanıb qalan uzun yük qatarı tərpənənə oxşamır; parovozdan da səs-səmir çıxmır, elə bil tamam sönüb”- Bu cümlədə “ yarımstansiya” sözü işlənməli deyil, orjinalda “ “ kiçik stansiya” dır. Yəni bir var Gəncə kimi böyük stansiya, bir də var Ləki stansiyası. “ Paravoz sönüb” nədir? Məgər paravoz ocaq –zaddır?
2. “Qatarın həndəvərində, stansiya qapılarında ins-cins gözə dəymir”-
“ Stansiya qapıları” deyəndə tərcüməçi nəyi nəzərdə tutur? Stansiyanın həyətindən söhbət gedir.
2. “Hansı vaqondansa düşən solğun işıq zolağı ehtiyat yolun relsləri boyunca sürüşür”- Bu cümlədə “ sürüşmək” sözü normal səslənmir.
3. “əynində qısa kürk olan ağ saqqallı qoca ayaqlarını irəli uzadıb nə barədəsə kirimişcə düşünür. “ Əynində” yazmaq doğru deyil. “ Qısa kürk” deyilən geyim isə dublyonkadır. “ Kirimişcə düşünmək “ necə olur? Sadəcə vaqonda sakitlikdir, kişi də bu sükutda fikrə gedib, götür-qoy edir.
4. “ayağında uzunboğaz çirkli çəkmələr olan nimdaş drap pencəkli bığsız gənc isə bayaqdan yanpörtü uzanıb qarmonunu cırıldadır. Bunlar mal göndərənlərdir. “ “ Çirkli” və “ palçıqlı” fərqli sözdür. Burda “ palçıqlı” sözüdür. Oğlanın çaldığı qarmon ucuz qarmondur. Tərcüməçi “ ucuz” sözünü yazmayıb. “ Bunlar mal göndərənlər” yerinə “ Onlar heyvan sahibləridir”. ( Mal çoxmənalıdır, ona görə “ heyvan” sözü daha doğrudur.
5. “İçəri yüklə doludur”. – “ Yük” sözü çoxmənalıdır, vaqondakılar “ heyvandır”.
6. “uzun kürəkləri, çirkli tükləri, quyruqları və gözləri görərsən”- “ Kürək” sözü adətən insana aid işlənir. Çox güman burda heyvanların belindən söhbət gedir.
7. . “Bunlar da cöngələr və onların kölgəsidir”.- Heyvanların dişi ya erkək, dana yaxud cöngə olduğu orjinalda yoxdur. Yəni sadəcə “ heyvanlar”.
8. “ Hamısı səkkiz cöngədir; bəziləri quyruqlarını tənbəl-tənbəl yellədir, bəziləri də yatmağa çalışır, ya da durmağa rahat yer axtarır”.- Bu cümlədə heyvanlar həm də vaqondakı kişilərə baxır. Həmin cümlə tərcümə edilməyib. “ Yelləmək” və “ bulamaq” fərqli sözlərdir. Bu cümlədə “ bulamaq” yerinə düşür. “ Hamsı səkkiz cöngədir” səhvdir. Cümlədə dalbadal iki dəfə “ bəziləri” sözü işlənib.
9. . “Qoca ayağa qalxır; öz uzun kölgəsiylə ehmalca qapıdan çıxıb gecənin zülmətinə enir, üzü lokomotivə sarı iyirmiyəcən vaqonun yanından adlayıb sobası közərən vaqona yaxınlaşır; ağzıaçıq sobanın qənşərində hərəkətsiz oturmuş bir insan fiquru görsənir; adamın burnu, dizləri və kepkasının günlüyü al-qırmızı rəngdədir, qalan yerləri isə qaranlıqdan seçilmir.- “ Özü uzun kölgəsiylə qapıdan çıxır” Kobud redaktə səhvidir. Sanki kölgəsini qucağında aparır. “ Vaqonun yanından” səhvdir. Burda təsvir olunan soba adi soba deyil. İngiliscə “ furnace” dir. Çox güman bizim dildə bu sözün normal tərcüməsi var. “İnsan fiquru” düzgün deyil. Uzaqbaşı insan “ silueti” olar.
10 Hələ çox durasıyıq? – qoca soruşur. – Durasıyıq” düzgün tərcümə deyil.
11.“Cavab gəlmir; şübhə yox ki, hərəkətsiz fiqur yuxudadır.- “ Hərəkətsiz fiqur” dediyi “ insan” dır.
12.“qoşa fənərin gur işığı gözlərini qamaşdıranda onsuz da qaranlıq olan gecə qocaya daha da zülmət görünür; o, stansiyaya yönəlir”- Bu cümlədəki “fənər” deyil. Fənər işığı göz qamaşdırmır.
13.“konduktor geyimində kiminsə yatmış olduğu” – Məncə söhbət stansiya növbətçisindən ya da gözətçidən gedir. İngiliscə “ guard” yazılıb.
14.“teleqraf dəzgahı və yaşıl qapaqlı lampa görünür”- Qapaqlı lampa necə olur? Söhbət “ abajurdan” gedir. “ Teleqraf dəzgahı” da doğru deyil.
15.“Otağın pəncərəsi ağzında ober-konduktorla maşinist oturublar; hansısa papağı əllərində əzişdirə-əzişdirə höcətləşirlər.” – Pəncərənin qarşısında taxta olur, bu sözü “ ağzında” kimi ifadə etmək doğru deyil. “ Hansısa “ sözü də yerində işlənməyib.
16.“Yox, bu əsl, qunduz xəzi deyil, polskidir. Xalis qunduz bu cür olmur. Bilmək istəyirsizsə, bunun qiyməti ən uzağı beş dənə manatlıqdır!- “ Polski” sözü yerinə “ süni xəz” olmalıdır. Və ən kobud səhv “ rubl” sözü yerinə “ manat” işlətməkdir.
17.“cənab Malaxin, sizcə, bu, xalis qunduzdur, yoxsa polyak malıdır?- “ Xalis qunduz xəzidir?” belə olmalıdır. Əsl xəzdir yoxsa süni?
18.“ober-konduktor sübut etməyə çalışır ki”- Məncə söhbət stansiya növbətçisindən gedir. “ Ober konduktor” düz deyil.
19.“Amma tələsməyin heç bir faydası yoxdur, onsuz da stansiyada bizi ləngidəcəklər!” Söhbət “ növbəti stansiyadan” gedir. “ Növbəti” sözü işlənməyibsə cümlənin mənası anlaşılmır.
20 .”İstəyirsən indi get, istəyirsən sübh tezdən, heç fərqi yoxdur, on dördüncü nömrə daha əlimizdən çıxdı. Çox güman ki, iyirmi üçlə gedəcəyik”.- On dördüncü nömrə” çox güman “ on dörd nömrəli vaqondan söhbət gedir.
21.“ O nə cür olan şeydir?- “ Sən bunu hardan bilirsən? – belə olmalıdır.
22.“öküzlər gəbərəcək, ya da mənzilbaşına çatanda mənim ikicə manat da xeyrim olmayacaq”- “ Öküzlər” yerinə “ heyvanlar” olmalıdır. Kişi deyir ki, mənzil başına çatanda ətin kilosuna iki rubl da verməyəcəklər.
23.“Yaşıl lampalı teleqraf dəzgahının yanında teleqrafçının kürən başı görsənir”- Əndrabadi cümlədir . “ Yaşıl lampalı” deyilən söz yaşıl abajurdur.
24.“ öz iri gövdəsini hərəkətə gətirməyə çətinlik çəkir”.- “İnsanın bədəni” ifadəsi işlənir, insanın gövdəsi işlənmir. Ağacın gövdəsi olur.
25.“ qırıq-qırıq səslər süzülüb yeknəsəq bir motivə çevrilir”- “ Motiv” kimi işlədilən söz” melodiya” dır.
26.“ durduğu yerdə eləcə durub qalmaqdadır”- Bir cümlədə neçə dəfə” durmaq feili işlənər?
27.“Görüm səni o dünyada belə silkələnəsən! - cümlə doğru tərcümə olunmayıb.
28.“Evdə ayrı məsələ! Həm istidir, həm təmizdir, həm də yumşaq. Dua eləməyə də yer var.”- İnsan ayaqüstə durarkən də dua edə bilər. Burda “ namaz otağından” söhbət gedir. Məncə mal satanlar başqa millətdir, yəni rus deyil.
29.“böyründə uzanan oğlunun enli kürəklərinin kürəyinə söykəndiyini hiss edən”- İnsanın neçə kürəyi olur ki, “ kürəklərinin” kimi yazılıb?
30. .”Dəlmə-deşiklərdən əsir ki əsir! “– Söhbət “ skvoznyak” dan gedir Yəni hər iki tərəfdən divar yel çəkir.
( ardı var)
Mahir Qarayevin tərcümə etdiyi " Soyuq qan" hekayəsindəki redaktə və tərcümə səhvlərindən yazmışdım dünən. Bu gün isə həmin hekayənin qalan hissəsi haqda qeydlərimi qazıram. Bilirəm, əksər dostlar o yazımı oxusalar da fikir bildirmədilər. Çünki tənqid oxumağa vərdiş etməyiblər. Müxtəlif universitetlərdə tərcümədən dərs deyənlərin hər hansısa tərcümə haqda tənqidi fikirlərinə rast gəlməmişəm. Bəlkə də var , mən oxumamışam.
Mahir Qarayev bu hekayədə " tender" sözünü " təndir " kimi tərcümə edib. " Tender" lokomativə qoşulan xüsusi relsdir( təxmini belə bir şey) . O isə yazıb ki, filankəs qatarların yanındakı təndirlərə odun atır. Əvvəla qatarın yanında təndir olmur, ikincisi isə təndirə "odun" atmırlar, təndirə " çırpı" atırlar.
Mahir Qarayev
Öz tərcüməsiredaktə, tərcümə səhvləriylə dolu olan bir insan mənim tərcüməmi necə redaktə edər?
1. “döşəməyə salınmış yapıncının üstündə iki adam oturub” -“ Salınmış” yoxsa “ sərilmiş”? “” Salmaq” və “ sərmək” fərqli feildir. Cümlədə bu feilləri işlətməmək də olardı. Çünki yapıncı xalça kimi böyük deyil ki, onu sərəsən. “ Döşəmədəki yapıncının üstündə oturdu”.
2. “ober-konduktorun fiti eşidilir”- Bəlkə “ fit səsi” ? “ Filankəsin tarı eşidilir demək olar? Bu da onun kimi.
3. “Yaşa vaqonda oturub qarmonunu çalır, hərdənbir aşağı düşüb qatarın böyrüylə tənbəlcəsinə yeriyə-yeriyə təndirlərə odun atan fəhlələrə, ya da təkərlərə tamaşa edir ”- “a train context, a "tender" is a special rail vehicle, attached to a steam locomotive, that carries its fuel (like coal or oil) and water.) Çox kobud səhv var. Qatarın yanında “ təndir” olur? “ Tender” sözüdür. Mənasını ingiliscə yazdım. Buxar lokomotivinə əlavə edilən xüsusi relsdir.Və təndirə odun atmırlar, çırpı atırlar.
4. “qarın səsinə bənzər naməlum səslər eşidilir”- Naməlum səs yox, “ qeyri-müəyyən səslər”
5. “ ortalığa qatı sükut çökür.” – “Qatı sükut” ifadəsi işlənmir. “Qatı zülmət” olur.
6. “İndi yenə silkələyəcək”- “ Silkələyəcək” yox, “ silkənlənəcəyik”.
7. “he light flares up, hisses like a frying pan and goes out.” – Bu cümlə tərcümə olunmayıb.
8. “obaşdanın mavi göy üzü görünür”- Sübh, yaxud dan yeri sözləri varsa niyə məhz “ obaşdanın”? Həm də cümlə düz deyil.
9. “little uncovered window-- pəncərə açıq deyil, sadəcə pərdəsi yoxdur.
10. “kəndir dolaşığını” – Kəndirinin “ düyününü” açmaq.
11. “Dünən dedim axı kəndir uzundur”.- Bu cümlədən sonra kişi oğlunun dünən ona verdiyi cavabı təkrar edir: “ Yox, ata, kəndir uzun deyil”- Bu cümlə mətndə yoxdur
12. “Qapının qənşərində sərnişin qatarı”- Qənşərində yox, “ üzbəüz” .-Qapıyla üzbəüz
13. Mətndə duanın bəzi sözləri var. Tərcümə edilməyib: “ And the life of the world to come. Amen," the old man says aloud, draws in a breath, and at once whispers another prayer, rapping out clearly and firmly at the end: " . . . and lay calves upon Thy altar!”
14. “ cıdır atı kimi gah bu, gah da o biri ayağının üstünə keçir”- Ayağının üstünə keçir- düz deyil.
16. “. Kalan gecikmişik.”- kalan sözü yerində deyil.
17. “gözlərini Malaxinə tuşlayıb sorğu-suala başlayır”- Tuşlayıb yoxsa zilləyib?
18. “ On dördüncü nömrəni mən gecədən buraxmışam... gecikmisiniz... İndi bəs neyləyək?” – Nömrəni necə buraxmaq olar? On dörd nömrəli vaqondan söhbət gedir.
20.“ ayaqlarını dəyişə-dəyişə”- insan ayaqlarını necə dəyişə bilər?
21.“bəs filan nömrə artıq gedib, filan nömrə də gedəcək”- Nömrə getmir, filan nömrəli vaqon gedib. “ bəs” ə ehtiyac yoxdur.
22.“nömrələrdən başı çıxmasa da”- Nömrə yox. Vaqonların nəyə əsasən yola salınmasını başa düşmür.
23.“hərbi qatar gecikir... görürsüz ki, hələ gəlib çıxmayıb... Bəlkə, siz elə hərbi qatarla gedəsiz?- Hərbi qatar bir az fərqlidir. Qoşunları daşıyan qatar.
24.“İlk qədəhi gillədəndən sonra ober-konduktor ağzına bir şey atmaq üçün stolun üstündəki şeyləri xeyli nəzərdən keçirir”- “ gillədəndən”, “ ağzına bir şey atmaq” kimi ifadələr yerinə düşmür.
25.“Bilirsiz, bizim bu maldarlıq işində hər saatın öz hökmü var”- Maldarlıq yox, “ heyvan satmaq” işində hər saatın öz hökmü var.
26.“Dinmə, indicə qoşun qatarını onlardan qopartdım”- Cümlə normal deyil. Onlardan qatar qopartmır, söz qopardır ki, onların qoşun qatarıyla yollayacaqlar. Və eyni qatar gah qoşun qatarı, gah da hərbi qatar kimi tərcümə olunub.
27.“Özünü oda-közə vurmasan, heç nə çıxmaz, qardaş, bax öyrən”- kişi oğluna müraciətlə “ qardaş” demir, “ ay oğul” deyir.
28.“Bu, indicə qatarın altına girib çəkiclə təkərləri tıqqıldadan yağlayıcıdır.”- İndicə girmir qatarın altına.
29.“ O olub ki, vaqonların ikisi xarabdır, onları bu kökdə yola buraxmaq olmaz” – “Bu kökdə”- danışıqda işlənir.
30.“Necə xətrinizdi, cənablar, amma mən gedib bunu xəbər verməliyəm.”- “ Necə xətrinizdi” yox , “ xətriniz necə istəyir” ya da “ necə istəyirsinizsə”. Yağlayıcı deyir ki, sizi xəbərdar etmək vəzifə borcumdur.
31.“iki dənə ikimanatlıq çıxarır və yağlayıcıya uzadır. “ – İkimanatlıq vermir, iki dənə iyirmi qəpik verir.
32.“bəs qabaqlar cöngə alveri “- “Bəs” sözünə ehtiyac yoxdur. Həm də heyvanların hamısı “ cöngə” deyil.
33 “ clinking of glasses.” – içki içərkən qədəhlərini də toqquşdururlar, həmin yer tərcümə eilməyib.
33.“arayışları yerbəyer etmək”- arayışları yerbəyer etmir, ciblərindəki arayışları, sənədləri axtarır.
34.“axşam toranlığında xırdaca odcuqlar sayrışır “- “ odcuq” nədir?
35.“Çay içdikləri vaxt, hava tam qaralanda qatar yüngül təkan¬dan diksinən kimi olur “- Qatar diksinmir, insan diksinir.
36.“ Bu hansı nömrədir? “ – Nömrə yox, hansı nömrəli vaqondur?
37.“ Onun xarici görkəmi çox qabarıqdır”- “qabarıqdır sözü” yerində deyil. Orjinalda fərqli sözdür.
38.“ Nə? Necə? Nə-ə? Axı niyə on səkkizlə getmək istəmirsiz?”- On səkkiz nömrəli vaqonla- olmalıdır.
39..“hərəkət rəisinə”- Hərəkət rəisi olmaz, “ nəqliyyat” rəisi ya buna bənzər başqa söz olmalı.
40.“Təcili. hərəkət rəisinə. Səkkiz vaqon canli yüklə. Hər stansiyada ləngidirlər. Xahiş edirəm təcili nömrə verəsiniz. Cavabın haqqı ödənilmişdir. Malaxin”.- Qarışıq cümlədir. Belə başa düşürəm teleqaramın pulunu ödədiyini deyir. “ Təcili nömrə verin” mənası aydin deyil.
41.“Gətirib vaqonlara təzə rəng çəkir, üstünə də öz literlərini həkk eləyir”- Literlər sözünün mənası aydın deyil.
42.“Savadlı, oxumuş adamlarla söhbət eləmək Malaxinin xoşla-dığı işdir. “ İş” sözü yerində işlənməyib.” Filan şeyi xoşlayır” daha normaldır.
43.“ güman ki, gövdəsinin ağırlığını xatırlayıb duruxur “- kişinn oğlundan söhbət gedir. Hekayəin əvvəlində onun uşağa oxşadığı yazılıb. O stulda oturmaq istəyir, yüngül olduğu üçün pəncərinin qabağındakı taxtada oturur . Burda isə “ gövdəsinin ağırlığı” dır. Əvvəla, “ gövdə” yox, bədən, və “ağırlıq” yox, yüngüllük.
44.“Sahibkar nəzakət xatirinə qulaq asa-asa çayını qarışdırır”- Çayını içir, qarışdırmır, şirin çay içmir ki..
45.“ və hansısa arvadlar onları yola salır. Qoca çox mütəəssirdir. O öz manatlıqlarını “- Arvadlar yox, qadınlar . Kişi onlara manat vermir, qəpik verir.
46.“O öz manatlıqlarını gah onun, gah bunun cibinə dürtür, kəlmələri uzada-uzada deyir:” manat vermir, qəpik verir.
Sevil Gültən, tərcüməçi


