Viruslara təsir edir, immuniteti bərpa edir - İNOSEDA
Tərkibi:
İnozin pranobeks 500 mq
Farmakoterapevtik qrupu:
Birbaşa təsir edən virusəleyhinə preparatlar. Virusəleyhinə digər preparatlar.
Təsir mexanizmi:
1. Viruslara təsir edir (virus zülallarının translyasiyasını ingibə edərək virus
replikasiyasını pozur)
2. İmmuniteti bərpa edir (immunodepresiya şəraitində limfositlərin funksiyasını bərpa edir, hüceyrə immunitetinin aktivliyini artırır, interferonun, immunoqlobulinlərin, neytrofillərin , monositlərin, makrofaqların sintezini artırır)
3. Papilloma virus infeksiyalarının (PVİ) əlamətlərini aradan qaldırır (residivləşən itiuclu kandilomaların monoterapiya müalicəsində)
Üstünülkləri
KRVİ-nin risk faktorlarını azaldır
Xəstəliyin müddətini qısaldır
Xəstəliyin simptomlarını azaldır
Antibakterial terapiyaya tələbatı azaldır
IPV tərəfindən yaranan uşaqlıq boynu xərçənginin rast gəlmə tezliyini azaldır
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
podaqra, eləcə də qanda və sidikdə sidik turşusunun konsentrasiyası
yüksəlmiş pasiyentlər;
böyrəkdaşı xəstəliyi;
III dərəcəli böyrək çatışmazlığı;
6 yaşa qədər uşaqlar
Göstərişləri:
İmmun statusu zəifləmiş pasiyentlərdə virus etiologiyalı infeksion xəstəliklər: qrip, paraqrip, kəskin respirator virus infeksiyaları, o cümlədən rinovirus və adenovirus infeksiyaları, virus etiologiyalı bronxit, epidemik parotit, qızılca;
I və II tipli Herpes simplex (dodaqların, üz dərisinin, ağız boşluğunun selikli qişasının, əllərin dərisinin herpesi, oftalmoherpes, genital herpes), Herpes (Varicella) zoster (suçiçəyi, kəmərvari dəmrov, o cümlədən immunçatışmazlıqlı pasiyentlərdə residivləşən) ilə törədilən herpetik infeksiyalar;
16 və 18 tipli insan papilloması virusu (İPV) ilə törədilən infeksiyalar;
Virus etiologiyalı yarımkəskin sklerozlaşan panensefalit;
İmmuniteti zəifləmiş (xlamidioz) pasiyentlərdə tənəffüs yollarının və sidikçıxarıcı sistemin xroniki residivləşən infeksiyaları.
İstifadə qaydası və dozası:
Uşaqlarda sutkalıq doza 50 mq/kq-dır. Sutkalıq doza 3 qəbula bölünür.