Fələstində bir il ərzində ümumi seçkilər keçiriləcək


Bir il ərzində Qəzza zolağı da daxil olmaqla Fələstin ərazilərində ümumi prezident və parlament seçkiləri keçiriləcək.

AFN.az İNA-ya istinadən xəbər verir ki, bu barədə Ərəb Liqası liderlərinin Bağdadda keçirilən 34-cü sammitinin yekunları üzrə dərc edilmiş bəyanatında bildirilib.

Sənəddə deyilir: “Xalq öz qanuni nümayəndələrini yalnız demokratik seçkilər yolu ilə seçə bilər. Ona görə də bir il ərzində bütün Fələstin ərazilərində, o cümlədən Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdə ümumi prezident və parlament seçkiləri keçiriləcək. Biz bunun üçün lazımi şəraitin yaradılmasını xahiş edirik”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu