ABŞ-da neft buruqlarının sayı azalıb


ABŞ-da neft qazma qurğularının sayı bu həftə 1 ədəd azalıb.

Neft-mədən xidmətləri şirkəti "Baker Hughes" həftəlik rəqəmlərini açıqlayıb.

Müvafiq olaraq, ölkədəki neft qazma qurğularının sayı 9–16 may tarixlərində əvvəlki həftə ilə müqayisədə 1 ədəd azalaraq 473-ə düşüb.

Son bir ildə ABŞ-da neft qazma qurğularının sayı 24 ədəd azalıb.

Cümə axşamı günü 64,24 dollardan bağlayan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 64,53 dollar səviyyəsində tamamlanıb.

"West Texas Intermediate" (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 61,62 dollar səviyyəsində bağlanıb. WTI markalı xam neftin bir barreli cümə axşamı günü 61,69 dollara bağlanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu