Cəlal Şengörün həbsi tələb edilir


Türkiyənin məşhur geoloqu Celal Şengörün həbs olunması istənilir.



AFN.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, sosial şəbəkələrdə yayılan bir videoda onun türk xalqı barədə səsləndirdiyi fikirlər etirazlara səbəb olub.



Videoda Şengör belə deyir: “Mən türk xalqı qədər savadsız və əxlaq anlayışından uzaq başqa bir toplum görmədim”.



Bu açıqlamaya görə, ona qarşı dövlətə, xalqına və rəsmi qurumlara hörmətsizlik və təhqir maddələri ilə cinayət işi açılıb. İttiham aktında alimə 2 ilədək həbs cəzası verilməsi tələb edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu