Yer kürəsində maqnit qasırğası başlayıb


Yer kürəsində orta hesab edilən G2 sinifli maqnit qasırğası başlayıb



AFN.az xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz Telegram kanalında məlumat verib.



"Gecə yarısından sonra planetlərarası maqnit sahəsinin komponentlərinin konfiqurasiyasının dəyişməsi Yerin maqnitosferində zəif pozulmalara səbəb olub. Eyni zamanda, Moskva vaxtı ilə səhər saat üçdən sonra bu pozğunluqlar daha da güclənərək orta hesabla G maqnit sinfi səviyyəsinə çatıb" - deyə o bildirib.



Proqnozlara görə, maqnit qasırğası güclənməyəcək və əsasən zəif G1 səviyyəsində olacaq. Leus vurğulayıb ki, bu, bazar ertəsi daxil olmaqla 3 gün davam edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu