Xamenei: ABŞ Yaxın Şərqi tərk etməlidir


ABŞ Yaxın Şərq ölkələrinin siyasi və iqtisadi həyatına müdaxiləni dayandırmalıdır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.

"ABŞ prezidenti Donald Tramp ərəb ölkələrinə elə bir model təklif edir ki, onların öz təbirincə, Vaşinqtonun dəstəyi olmadan on gün yaşaya bilməyəcəklər. Tramp deyir ki, əgər ABŞ olmasa, bu ölkələr on gün dayanmayacaq, Amerika onları ayaqda saxlayacaq", - deyə Xamenei Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı verdiyi açıqlamalara münasibət bildirib.

"İndi də sövdələşmələrində, davranışlarında, təkliflərində onlara eyni modeli tətbiq edir, onların ABŞ olmadan mövcud ola bilməyəcəyinə əmin olmaq üçün çabalayır. Amma bu modelin iflasa məhkum olduğu göz qabağındadır. Yaxın Şərq regionu xalqlarının iradəsi ilə Amerika getməlidir və mütləq gedəcək" - deyə ali dini lider əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu