Xamenei: "Terror hücumuna sərt cavab veriləcək”
İranın ali dini lideri ayətullah Seyid Əli Xamenei ölkənin cənubundakı Kirman şəhərində 100-dən çox insanın ölümü ilə nəticələnən iki partlayışla bağlı ölənlərin ailəsinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.
Bu barədə "Tasnim" xəbər verib.
“İran xalqının düşmənləri növbəti dəfə faciə törətdilər. Cinayətkarları bu terror aktlarını törətməyə razı salan terror aktlarının təşkilatçıları mütləq məhkəmə qarşısına çıxacaqlar. Onlar bilməlidirlər ki, bu terror aktının ardınca sərt cavab veriləcək”deyə Xamenei vurğulayıb .