Xamenei: "Hərbi inkişafda bir an belə dayanmamalıyıq"


İranın ali dini lideri Ayətullah Əli Xamenei paytaxt Tehranda Silahlı Qüvvələr və İnqilab Keşikçiləri Ordusu komandanları ilə görüşüb.



Görüş zamanı Xamenei Silahlı Qüvvələr və İnqilab Keşikçiləri Ordusuna İsraillə son günlər yaranmış gərginliyə və İsrailə qarşı əməliyyatda uğurlarına görə təşəkkür edib. İranın İsrailə hücumunu dəyərləndirən Xamenei, "Əhəmiyyətli olan nə qədər raket atıldığı və ya nə qədər vurulduğu deyil. Vacib olan silahlı qüvvələr və İran xalqının beynəlxalq arenada bunu etmək üçün iradə nümayiş etdirməsidir" deyib

Ölkəsinin hərbi sahədə inkişafını davam etdirməli olduğunu vurğulayan Xamenei, "Hərbi inkişafda bir an belə dayanmamalıyıq, çünki dayanmaq geriyə getmək deməkdir. Ona görə də hərbi texnologiyalar sahəsində inkişafı davam etdirməliyik" deyib.

Fərqli hadisələrin itki və qazanc gətirdiyini vurğulayan Xamenei, “Əhəmiyyətli olan, alınacaq tədbirlərlə itkiləri azaltmaq və qazancları artırmaqdır. Silahlı Qüvvələr son hadisələrdə bunu çox yaxşı bacardı" deyə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu