Gərək “voopşe”, “tak çto”, “znaçit” sözlərini də lüğətə salaq...


“Biz gərək dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən rus sözlərini, məsələn: “voopşe”, “tak çto”, “znaçit” kimi sözləri də dilimizin lüğətinə daxil edək”



AFN.az xəbər verir ki, bunu Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Teleqraf-a müsahibəsində deyib.



O, bu haqda jurnalistin “Azərbaycan dilində söz yaratmaq potensialı nə qədər böyükdür?” sualına cavab olaraq danışıb.



“Çünki bu sözlər artıq bizim leksikonumuzda var. Eyni zamanda mətbuatı vərəqləyib görsək ki, orada hələ də yayğın olmayan bir ingilis, fransız, ərəb, indoneziya, hind sözü varsa, onu da lüğətə daxil edə bilərik. Məhz bu cür dildə sözlərin sayını artırmaq olur. Bir var əsas lüğət fondu, dilin lüğət tərkibi, bir də var ki, dilin lüğət tərkibində ehtimal oluna biləcək söz yaradıcılığı prosesləri. Çünki biz hər gün söz yarada bilirik. Dəmirçi sözü varsa, sabah, taxtaçı sözü də ola bilər. Yəni bu potensialı da nəzərə almaq lazımdır”, - deyə akademik qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu