Almaniyada 20 mindən çox ukraynalı hərbçi təlim keçib

Almaniyada 20 mindən çox ukraynalı hərbçi təlim keçib.
AFN.az xəbər verir ki, 20 mindən çox Ukrayna Silahlı Qüvvələri (USQ) hərbçisi EUMAM Ukrayna missiyası çərçivəsində Almaniyada hərbi təlimlərə cəlb olunub.
Məlumatı Ukraynanın analitik “Deep State” portalı öz rəsmi Telegram kanalında yayıb. Portalın məlumatına görə, təlimlər zamanı ukraynalı hərbçilər döyüş taktikası, əməliyyatların aparılması və texniki xidmət üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.
EUMAM Ukrayna (Avropa İttifaqının Ukraynaya hərbi yardım missiyası) Avropa İttifaqının təşəbbüsü ilə həyata keçirilir və Ukraynanın müdafiə qabiliyyətinin artırılması məqsədi daşıyır.
Qeyd edək ki, bu proqram çərçivəsində təkcə Almaniyada deyil, Avropanın müxtəlif ölkələrində ukraynalı hərbçilərin hazırlığı davam etdirilir.