Borrell Aİ-nin Ukrayna SQ-nin hazırlığını genişləndirəcəyini vəd edib


Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Cozef Borrell Ukrayna əsgərlərinin Aİ ərazisində təlimini genişləndirəcəyini vəd edib.


O, bildirib ki, təlim keçmiş hərbçilərin sayı 60 mindən artıqdır.

“Ukraynalı hərbçilərin təlimini necə genişləndirəcəyimizi müzakirə edəcəyik, məqsəd 60 min nəfəri yetişdirmək idi, biz bunu artıracağıq və bu, Avropa Birliyinin ən effektiv təlim missiyası olacaq”.

Cozef Borrell avropalı təlimatçıların Ukraynaya göndərilməsi məsələsinin hazırda Aİ-nin gündəmində olmadığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu