Silahlarının Rusiyada istifadəsi Qərbin Rusiya ilə müharibəsi deyil - Cozef Borrell


Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Cozef Borrell Qərbin silahlarının Rusiya ərazisini vurmasına icazə verilməsinin Avropa İttifaqını münaqişə tərəfinə çevirməsi tezisini “gülünc” hesab edir.


AFN.az xəbər verir ki, o, bu barədə Aİ müdafiə nazirlərinin görüşünə gələrkən bildirib.
“Rusiya ərazisi daxilində zərbələrə icazə verilməsinin Rusiya ilə müharibə aparacağımız olmasını söyləmək gülüncdür, biz Rusiya ilə müharibə aparmırıq, biz sadəcə Ukraynaya kömək edirik”, - deyə Borrell vurğulayıb. O, qeyd edib ki, heç bir Aİ ölkəsi Rusiya ilə döyüşmək istəmir.

"Mənim şəxsi fikrim budur ki, heç bir məhdudiyyət olmamalıdır" deyən Borrell avqustun 29-da Aİ xarici işlər nazirlərinin bu problemlə bağlı konsensusa gələ bilmədiklərini və indi Aİ-nin 27 ölkəsinin hər birinin özünün qərar verəcəyini bildirib. "Hər bir ölkə Kiyevə verdiyi silahların istifadəsinə nə dərəcədə icazə verməli olduğuna özü qərar verəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu