Finlandiyada iki helikopter toqquşdu

Finlandiyada iki helikopter toqquşub
AFN.az xəbər verir ki, Finlandiyanın qərbində yerləşən Satakunta əyalətində, Avra aerodromunun yaxınlığında iki mülki helikopter toqquşub.
Hadisə barədə məlumatı yerli xilasetmə xidmətinə istinadən "Yle" yayıb. Qəzanın yerli vaxtla saat 12:00-dan sonra baş verdiyi bildirilir. Hadisə nəticəsində hər iki helikopter yerə düşüb və qəzadan sonra tapılıb.
Hazırda hadisə yerində yanğınsöndürmə və xilasetmə işləri aparılır. Xilasetmə xidməti hələlik itkilərlə bağlı rəsmi açıqlama verməyib.
Qəzanın səbəbləri və hadisə ilə bağlı digər detallarla bağlı araşdırmalar davam edir.