Vaşinqton yaxınlığında təyyarə və helikopter toqquşub

ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və hərbi helikopter havada toqquşub. Çaya düşən təyyarədə 60 sərnişin və 4 ekipaj üzvünün olduğu bildirilib. Xilasetmə işləri zamanı 19 nəfərin cəsədi çıxarılıb.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, Ronald Reyqan hava limanı yaxınlığında təyyarə ilə hərbi helikopter toqquşub.
"American Airlines"a məxsus sərnişin təyyarəsi və hərbi helikopter Potomak çayına düşüb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Təyyarə və vertolyotun havada toqquşması anının bəzi görüntüləri sosial mediada əksini taparkən, hava limanında bütün uçuşlar dərhal dayandırılıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Potomak çayına düşən təyyarədə neçə sərnişinin olduğu və onların vəziyyəti barədə hələlik məlumat yoxdur.
Ronald Reyqan hava limanına və Potomak çayı ərazisinə çoxlu sayda polis, tibb işçiləri və digər xilasedicilər göndərilib.
Bildirilib ki, havanın və çayın çox soyuq olması səbəbindən ekipajlar sağ qalanları çaydan çıxarmaq üçün zamanla yarışıblar.