Yakutiyada sərnişin təyyarəsi hava limanı əvəzinə donmuş çaya enib

Yakutiyada An-24 sərnişin təyyarəsi donmuş çaya enib.
Lenta.ru xəbər verir ki, təyyarədə iki uşaq olmaqla 30 sərnişin, həmçinin dörd ekipaj üzvü olub.
Yakutsk - Zıryanka - Srednekolımsk - Yakutsk marşrutu ilə uçan təyyarə Zıryanka kəndinə eniş zamanı uçuş-enmə zolağından çıxaraq donmuş Kolıma çayına düşüb.
İlkin məlumatlara görə, təyyarə pilotun səhvi ucbatından uçuş-enmə zolağından çıxa bilər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.