Polşada sabah prezident seçkiləri keçiriləcək

Avropa İttifaqı (Aİ) və NATO üzvü olan Polşada ictimaiyyət ölkəni 5 il təmsil edəcək yeni prezidenti seçmək üçün mayın 18-də səsverməyə gedəcək.
Baş nazir Donald Tusk hökuməti ilə müxalifət arasında xüsusilə AB münasibətləri, məhkəmə islahatları, abort qanunları və Rusiya-Ukrayna müharibəsi kimi mövzularda qarşıdurmaların yaşandığı bir vaxtda keçiriləcək seçkilər ölkənin AB ilə münasibətlərindən tutmuş daxili siyasətə, məhkəmə islahatlarından sosial siyasətə qədər bir çox mövzuda həlledici hesab edilir.
38 milyondan çox əhalisi olan ölkədə təxminən 29 milyon qeydiyyatdan keçmiş seçici iki mərhələdə keçiriləcək seçkidə iştirak edəcək.
Səsvermə sabah yerli vaxtla saat 07:00-da başlayacaq və 21:00-da başa çatacaq.
Polşadan kənarda olan seçicilərin seçki məntəqələrində və ya poçt vasitəsilə səs vermələri üçün dünyanın müxtəlif ölkələrindəki səfirlik və konsulluqlarda 500-ə yaxın seçki məntəqəsi açılacaq.
Seçkilərin ilk qeyri-rəsmi nəticələrinin mayın 18 gecə açıqlanacağı gözlənilir.
Əgər birinci turda namizədlərdən heç biri 50 faizlik baryeri keçə bilməsə, ən çox səs toplayan iki namizəd iyunun 1-də keçiriləcək ikinci turda mübarizə aparacaq.
Bu prezident seçkiləri Aİ tərəfdarı baş nazir Tuskun hökuməti üçün bir növ “etimad səsverməsi” hesab edilir.