Finlandiyada iki helikopterin toqquşması nəticəsində 5 nəfər ölüb

Finlandiyada Helikopter Qəzası: 5 Nəfər Həlak Oldu
Finlandiyanın qərbindəki Eura aerodromu yaxınlığında Tallinndən havaya qalxan iki helikopterin toqquşması nəticəsində 5 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı ERR portalı Estoniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən yayıb.
Qəza səhər saatlarında Satakunta əyalətində baş verib. Finlandiya polisi hər iki helikopterdə cəmi beş nəfərin olduğunu təsdiqləyib. Onlardan birində 2, digərində isə 3 nəfər olub. Polis hazırda həlak olanların şəxsiyyətini müəyyənləşdirmək üzərində çalışır.
Estoniya Xarici İşlər Nazirliyinin Konsulluq Yardımı Departamentinin direktoru Marqus Särglepp bildirib ki, ilkin məlumata əsasən toqquşmadan sağ çıxan olmayıb.
Estoniya mediası həlak olanların Estoniyalı sahibkarlar ola biləcəyini yazır. Hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir.