Nepalda helikopter qəzaya uğradı - 5 nəfər öldü


Nepalın paytaxtı Katmandunun şimalında dağlara düşən helikopterdə 5 nəfər öldü.



Nepal Mülki Aviasiya İdarəsinin verdiyi açıqlamaya görə, Katmandu Beynəlxalq Hava Limanından havaya qalxan helikopterin havaya qalxdıqdan 3 dəqiqə sonra qüllə ilə əlaqəsi kəsilib.

Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, Katmandunun şimalında dağlarda qəzaya uğrayan helikopterin qalıqları arasından biri qadın olmaqla 5 nəfərin cəsədi çıxarılıb.

Həyatını itirən 4 sərnişinin Çin vətəndaşı, pilotun isə Nepal vətəndaşı olduğu açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu