"Axios" Baydenin ifadəsinin beş saatlıq səs yazısını dərc etdi


Axios portalı ABŞ-ın keçmiş lideri Co Baydenin məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı keçmiş xüsusi prokuror Robert Heur ilə söhbətinin beş saatlıq audio yazısını dərc edib.

AFN.az xəbər verir ki, səs yazısından görünür ki, keçmiş dövlət başçısı 2023-cü il oktyabrın 8-i və 9-da ifadəsi zamanı mütəmadi olaraq fasilə verib və keçmiş xüsusi prokurorun suallarına qeyri-müəyyən cavab verib. Bayden vitse-prezident olduğu vaxt, oğlunun ölümü ilə bağlı tarixləri xatırlamaqda çətinlik çəkib. O, həmçinin etiraf edib ki, ola bilsin, məxfi sənədləri yalnız gələcək nəsillər üçün saxlamaq istəyib.

Bundan əlavə, məxfi sənədlər haqqında soruşduqda, o, Monqolustana səfərini təsvir etməyə başlayıb. Eks-prezident müsahibənin əvvəlində zarafat edir: “Mən gəncəm”. Dindirilmə zamanı Baydendə yaddaş problemləri olduğu aşkarlanıb. Onun administrasiyası bu cür məlumatların açıqlanmasının gələcəkdə oxşar araşdırmalara mane olacağını izah edərək kasetləri yaymaqdan imtina edib.

ABŞ-ın hazırkı prezidenti Donald Tramp “Truth Social”da yayılan səs yazısı ilə bağlı yazıb. O, Baydeni yenə sərt tənqid edib: "Ən böyük cinayət 2020-ci il prezident seçkilərinin saxtalaşdırılmasıdır! Mən milyonlarla səslə seçkini qazandım və bunu hamı bilir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu