Çin səfiri Türkiyə XİN-ə çağırılıb


Çinin Türkiyədəki səfiri Cui Vei Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.


APA-nın xəbərinə görə, buna səbəb səfirliyin İYİ Partiya başqanı Meral Akşener və Ankara Böyük şəhər Bələdiyyəsinin başqanı Mansur Yavaşı hədələməsidir.

Qeyd edək ki, hər iki siyasətçi aprelin 5-də Kaşqar vilayətinin Barın qəsəbəsində törədilən qətliamın 31-ci ildönümü ilə bağlı paylaşım edib.

Bu paylaşımdan sonra səfirlik sosial media hesabında bunları yazıb: "Çin tərəfi haqlı qarşılıq vermə haqqını özündə saxlayır".

Səfirlik onların hər ikisini paylaşımda etiketləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu