İran ilk dəfə ermənilərin PUA-sını vurdu - FOTO


İran ərazisində Ermənistanın pilotsuz uçan aparatı (PUA) vurulub.



Qaynarinfo bildirir ki, İran-Azərbaycan sərhədini pozan PUA Ərdəbil vilayətinin səmasında vurulub.

Bu, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin erməni PUA-sını vurmaları ilə bağlı ilk hadisədir.

Vurulmuş PUA-nın tipi barədə rəsmi məlumat verilməsə də, onun Ermənistanın "Krunk" kəşfiyyat PUA-sı olduğu şübhə doğurmur.

Ermənilər "Krunk" vasitəsilə Qarabağ savaşında artilleriya kəşfiyyatı aparmağa, hədəfləri müəyyənləşdirəndən sonra həmin koordinatlara artilleriya zərbələri endirməyə çalışırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu