Ukrayna rusların 18 PUA-sını məhv etdi


Ötən gün Ukrayna səmasında Rusiyaya məxsus 18 ədəd “Şahed” pilotsuz uçuş aparatı (PUA) vurulub.


AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumatda qeyd edilir ki, Rusiya ordusu ötən gecə ümumilikdə İran istehsalı olan 24 PUA ilə Ukraynaya hücum edib.

Rusiya tərəfindən son sutkada Ukrayna ərazisinə 67 dəfə raket zərbəsi endirilib. Mülki obyektlər dağıdılıb. Edilən çoxsaylı hücumların 40-ya yaxını dəf edilib. "Ən şiddətli döyüşlər isə Baxmut və Marinka uğrunda gedir", - deyə Ukrayna Baş Qərargahının məlumatında qeyd ediblib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu