Ukrayna Rusiyanın 1 təyyarəsini, 4 PUA-sını məhv etdi


Ötən gecə Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın 7 hücumunun qarşısı alınıb.


AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, əməliyyatlar zamanı Rusiyanın 1 təyyarəsi və 1 reaktiv yaylım atəşi sistemi məhv olunub.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında Rusiya qoşunlarının bir neçə istiqamətdən hücuma keçmə cəhdləri etdiyi bildirilir. "Xarkov, Luqansk və Donetsk vilayətləri istiqamətində hücuma keçməyə cəhd etdilər, lakin Ukrayna müdafiəçiləri bu cəhdlərin qarşısını alıb" - deyə Baş Qərargahın açıqlamasında bildirilir.

"Ukrayna aviasiyası ötən sutkada Rusiyanın 7 zenit-raket kompleksi üzrə döyüş mövqeyinə, habelə 2 vacib obyektinə havadan 20 zərbə endirib. Rusiyanın bir ədəd “Su-25” qırıcısı, 2 “Orlan-10” PUA-sı və 2 “Lanset-3” kamikadze dronu məhv edilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu