“Veysəloğlu”da yeyintinin üstü açıldı: Şirkətlər Qrupunun nümayəndəsi medianı təhdid etdi


“Veysəloğlu” Şirkətlər Qrupunun Salyan regional mərkəzinin rəhbəri Mirağa Ağalarov vəzifəsindən uzaqlaşdırılıb.


Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. M.Ağalarovun işində yol verdiyi nöqsanlara, həmçinin şirkətin külli miqdarda əmlakını mənimsədiyinə görə, tutduğu vəzifəsindən azad edildiyi deyilir. Onun barəsində araşdırma başlandığı bildirilir.
Başqa bir xəbərdə isə deyilir ki, “Veysəloğlu”nun baş ofisində kommersiya direktoru olan Pənah Hüseynov da işi ilə vidalaşıb. P.Hüseynovun M.Ağalarovun əsas himayəçisi olduğu üzə çıxıb və aparılan araşdırmalar nəticəsində onu da bu işlə əlaqədar vəzifəsindən kənarlaşdırıblar. Hər iki xəbərlə bağlı dəqiqləşdirmə aparmağa çalışırıq və şirkətin mövqeyini yaymağa hazırıq.//Tia.az

Məlumatla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Şirkətlər Qrupunun mətbuat əlaqələndiricisi Səadət Hənifəyevaya sorğu verdik. S.Hənifəyeva məlumatın həqiqəti əks etdirmədiyini, bununla belə, bəzi məqamlarla bağlı araşdırma aparıldığını bildirdi. Eyni zamanda qeyd edilən xəbərin hələlik işıqlandırılmamasını tələb edərək, mətbuatı məhkəmə ilə hədələdi: "Məqalədə qeyd olunan məqamlar Şirkətin daxili məsələləridir və bununla bağlı Şirkətlər Qrupumuzda hazırda araşdırmalar aparılır. Nəticələr məlum olduqdan sonra ictimaiyyət üçün açıqlanması zəruri hesab edilərsə, məlumatı media ilə paylaşacağıq. Ona görə də sizdən xahiş edirik ki, rəsmi açıqlama olmayınca mövzu üzrə heç bir məlumat yayımlamayasınız.

Qeyd edim ki, Şirkətlər Qrupu haqqında həqiqətə uyğun olmayan və tam şəkildə faktlara əsaslanmayan məqalələri yayımlayan media qurumlarına qarşı məhkəmə vasitəsilə mövqeyimizi müdafiə edirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu