ABŞ-da qasırğa xəbərdarlığı: Hatteras adasına məcburi köçürülmə əmri verildi

<p>ABŞ-ın Şimali Karolina ştatında yaxınlaşan Erin Qasırğası səbəbindən Hatteras Adası sakinlərinə məcburi köçürülmə əmri və şiddətli daşqın xəbərdarlığı verilib.</p>
<p>ABŞ Atlantik Okeanından yaxınlaşan Erin Qasırğasına hazırlaşarkən, Şimali Karolina ştatının Hatteras Adası sakinləri üçün məcburi köçürülmə əmri verildiyi bildirilib.</p>
<p>Adada şiddətli daşqın xəbərdarlığı elan olunub, adanın aid olduğu Dare bölgəsində isə fövqəladə vəziyyət elan edilib.</p>
<p>Saatda 165 kilometr sürətinə çatmış və <i>“Kategoriya 2”</i> gücündə olan Erin Qasırğasının quruya çatması gözlənilmir. Lakin qasırğanın şiddətli fırtınalar, təhlükəli dalğalar və sahil zonalarında daşqınlara səbəb ola biləcəyi proqnozlaşdırılır.</p>