ABŞ-ı "Helene" qasırğası vurdu: Ölənlərin sayı 90-ı keçdi
Ötən həftə ABŞ-ın Florida ştatının sahil zolağında “Helene” qasırğasının yaratdığı fəlakətlər nəticəsində ölkənin cənub-şərq əyalətlərində ölənlərin sayı 90-ı keçib.
Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran "Helene" qasırğasının mənfi təsirləri davam edir.
Səlahiyyətlilər qasırğanın gətirdiyi güclü külək və yağışların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ölənlərin sayının 90-ı keçdiyini açıqlayıb.
"CNN"in məlumatına görə, səlahiyyətlilər təkcə Şimali Karolinanın Buncombe bölgəsində 600 nəfər barədə məlumatın olmadığını və ştatda 36 nəfərin öldüyünü açıqlayıb.
ABŞ prezidenti Co Baydenin həftə ərzində qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.
Mənbə: AA