Venesuelada "Beril" qasırğası nəticəsində ölənlərin sayı 6-ya çatıb


Atlantik okeanında baş verən "Beril" qasırğası nəticəsində Venesuelada ölənlərin sayı 6-ya yüksəlib.



Venesuela mətbuatının məlumatına görə, ötən həftə ölkənin şimal-şərqini vuran "Beril" qasırğası nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

Küçə və prospektlərin palçıq qalaqlarına çevrildiyi ərazilərdə zərərin qiymətləndirilməsi işlərinə başlanılıb.

"Beril" qasırğasının yaratdığı şiddətli yağışlar nəticəsində 7 min 960 ev zərər görərkən, Cumanacoa şəhərində Manzanares çayının daşması nəticəsində evlər və əkin sahələri su altında qalıb.

Səlahiyyətlilər qasırğadan ümumilikdə 29 min insanın zərər gördüyünü və lazımi yardımın prezident Nikolas Maduronun göstərişi əsasında çatdırıldığını bildirib.

Qasırğanın təsirli olduğu Qrenada adasında 3, St. Vinsent və The Qrenadinesdə 1, Yamaykada isə 3 nəfər ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu