ABŞ-da "Helen" qasırğası nəticəsində ölənlərin sayı 40-ı ötüb


ABŞ-ın Florida ştatında 4-cü kateqoriya ilə sahil xəttinə çatan "Helen" qasırğasının yaratdığı fəlakətlərdə ölənlərin sayı 40-ı keçib.



Floridanın şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vuran Helene qasırğasının təsirləri davam edir.

Qasırğanın yaratdığı güclü külək və yağışlar nəticəsində ölənlərin sayı 40-ı keçərkən, bu insanlar arasında bir ana və onun 1 aylıq əkiz körpələrinin olduğu qeydə alınıb.

Böyük maddi ziyana səbəb olan qasırğa nəticəsində milyonlarla insanın elektrik enerjisinin kəsilməsinin davam etdiyi bildirilib.

ABŞ Milli Qasırğa Mərkəzi sözügedən qasırğanın təsirlərinin həftə sonu boyunca davam edə biləcəyini açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu