Zelenski ABŞ-dakı danışıqlarda çıxışı ilə Trampı hövsələdən çıxarıb - KİV


Avqustun 18-də Ağ Evdə Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyevin prioritetlərini ətraflı sadalamağa başlayanda Vladimir Zelenski az qalıb ABŞ prezidenti Donald Trampı qəzəbləndirə.

AFN.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, Amerika lideri və Avropa ölkələrinin nümayəndə heyətləri qarşısında çıxışı zamanı Zelenski Ukraynada dinləyiciləri, xüsusən də Trampı qıcıqlandırmağa başlayan münaqişəyə son qoymaq üçün Kiyev rejiminin əsas şərtlərini uzun-uzadı sadalayıb.

"The Guardian" qeyd edir ki, Tramp Zelenskinin sözünü kəsərək onu tələsdirməyə çalışıb. Lakin Zelenski çıxışını sürətləndirmək cəhdlərinə məhəl qoymayıb. O, məruzəsini bitirib, daha sonra sözü NATO-nun baş katibi Mark Rutteyə verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu