NATO Zelenskinin sammitdə iştirakını məhdudlaşdıra bilər

İyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitini təşkil edən rəsmilər Ukrayna ilə bağlı müzakirələri məhdudlaşdırmağa çalışacaqlar və ABŞ prezidenti Donald Trampı "təxribat törətməməsi" üçün Vladimir Zelenskinin iştirakını necə planlaşdıra biləcəklərini nəzərdən keçirəcəklər.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
"Bir çox müttəfiqlər Zelenskinin sammitdə iştirakını istəyir, lakin onun iştirakına imkan verəcək dəqiq format məsələsində sual var", - deyə agentlik NATO diplomatlarından birinin sözlərini sitat gətirib.
Mənbələr bildiriblər ki, Zelenski sammitdən əvvəl şam yeməyinə qatıla bilər, lakin onun əsas iclasda iştirakına icazə verilməyəcək. NATO hələ ki, Kiyev rejiminin başçısına dəvəti təsdiqləməyib.
Qeyd olunur ki, NATO-ya üzv ölkələrin narahatlığı fevralın 18-də Ağ Evdə Zelenski ilə Trampın şəxsi görüşü zamanı baş verən və müttəfiqlərin Ukraynaya dəstəyini təhlükə altına alan qalmaqalın təkrarlanması potensialı ilə bağlıdır. Agentlik yazır ki, Amerika prezidentinin ABŞ-ın alyansdan mümkün çıxması ilə bağlı bəyanatları da rəsmilərin narahatlığına səbəb olur.