İsrail Qəzzanın ələ keçirilməsi üçün əməliyyat planını təsdiqləyib


İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib. Əməliyyat "Gideonun arabaları 2" adlanır.

AFN.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziyası məlumat yayıb.

“Əməliyyatdan sonra Qəzza şəhəri öz görkəməsini dəyişəcək və daha əvvəlki kimi görünməyəcək”, - deyə Katz bildirib.

Telekanal əlavə edib ki, yaxın vaxtlarda IDF ehtiyat hissələrinin əlavə səfərbərliyi ilə bağlı elan veriləcəyi gözlənilir.

“The Times of Israel”in yazdığına görə, yaxın günlərdə 60 min ehtiyatda olan əsgər çağırılacaq və onlara toplaşmaq üçün ən azı iki həftə vaxt veriləcək. Eyni zamanda, Qəzza şəhərinə hücum olacağı təqdirdə 130 min israilli əməliyyat zamanı ehtiyatda olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu