İsrail İranın Mərkəzi Bankını terror təşkilatı elan etdi

Bu gün mən İranın Mərkəzi Bankını terror təşkilatı elan edən xüsusi fərman imzaladım.
AFN.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz sosial şəbəkədə yazıb. O, qeyd edib ki, bu, İran terror rejiminin maliyyələşdirmə sisteminin “ürəyinə zərbə vurmaqdır”.
“İran Mərkəzi Bankı milyardları ölümcül terrora yönəldən kanaldır" - deyə Katz əlavə edib.