Natiq Cəfərli startap investisiyalarını tənqid etdi


İqtisadçı ekspert Natiq Cəfərli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanovun startap investisiyaları ilə bağlı açıqlamasını tənqid edib.


Qeyd edək ki, F.Osmanov 2022–2024-cü illərdə Azərbaycan startaplarının müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb etdiyini deyib.

AFN.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında yazıb: “Fərid müəllim, nə potensial, nə təşəbbüs, nə nəticə - 3 ilə 2,4 milyon avro, ildə 800 min avro Azərbaycanın bütün startapları investisiya cəlb edibsə, bu, ayıbdır, bu, anormaldır, bu sahənin vəziyyətinin ağır olmasının nəticəsidir. Dünən xəbər yayıldı ki, qazaxıstanlı məktəbli, 17 yaşlı Arlan Rəhmətcanov öz "Hanlan Tech" startapına 1,5 milyon dollar investisiya cəlb edib. Fərid müəllim, bir məktəbli startapa 1,5 mln. dollar! Fərqi görürsünüz? Dost Qazaxıstan adambaşına düşən ÜDM-yə görə Rusiyanı keçib, MDB-də həm də belə biznes şəraitə görə 1-ci olub!”






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu