Otən il Azərbaycanda vençur əməliyyatlarının məbləği 2,2 milyon dollar təşkil edib


Azərbaycanda vençur maliyyələşdirməsinin həcmi azalsa da, hər raund üzrə orta çek 163 min dollaradək yüksəlib.


AFN.az xəbər verir ki, bu, “RISE Research” tərəfdaşları olan “EA Group” və “BGlobal Ventures”, eləcə də “Crunchbase”, Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və “KPMG Caucasus and Central Asia” ilə əməkdaşlıq çərçivəsində Mərkəzi Asiya və Qafqazda apardığı vençur bazarının genişmiqyaslı araşdırmasının nəticəsində məlum olub.

Əldə edilmiş məlumata görə, Qafqaz və Mərkəzi Asiya regionunda vençur bazarı dinamik şəkildə inkişaf edir. 2023-cü il üçün regionda vençur əməliyyatlarının ümumi məbləği 110 milyon dolları ötüb.

“RISE Research”in təsisçisi Aynur Janturinanın sözlərinə görə, aparılan araşdırma göstərib ki, son beş ildə Mərkəzi Asiya və Qafqaz regionunda vençur maliyyələşdirilməsinin həcmi 5,5 dəfə artıb: "2023-cü ildə isə əməliyyatların həcmi 110 milyon dolları ötüb. Bununla belə, ekosistem kiçik olaraq qalır ki, bu da investisiyalar üçün əhəmiyyətli potensialı göstərir. İnkişafa maneə törədən amillərdən biri regionda etibarlı məlumatların olmamasıdır. Bizim “RISE Research”də məqsədimiz investorlara və dövlətə davamlı inkişafı təmin edən, keyfiyyətli, etibarlı məlumatlar təqdim etməklə bu boşluğu doldurmaqdan ibarətdir”.

2023-cü ildə Azərbaycanda vençur maliyyələşdirməsinin ümumi həcmi təqribən 2,2 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə aşağıdır (2022-ci ildə həcm 3,4 milyon dollar olub). İctimai məlumatlar ümumi vençur maliyyələşdirilməsində azalmanı təsdiq etsə də, Azərbaycanda hər raund üzrə orta çek artır. Belə ki, əgər 2022-ci ildə hər raund üçün orta hesabla 95 min dollar maliyyə cəlb edilirdisə, 2023-cü ildə bu rəqəm 163 min dollara yüksəlib.

“Bu araşdırma Mərkəzi Asiya və Qafqazın vençur ekosistemi üçün mühüm mərhələdir. O, şəffaflığı və bazarımızın yetkinliyinin tanınmasını təmin etməklə beynəlxalq investorların diqqətini cəlb edəcək və yerli startaplar, fondlar üçün qlobal bazara qapılar açacaq. Qlobal ambisiyaları olan bir qazaxıstanlı sahibkar kimi bu, şübhəsiz ki, məni sevindirir” - “EA Group” holdinqin baş direktoru Erik Aubakirov bildirib.

Əldə edilmiş məlumata görə, Azərbaycanda aparılan əməliyyatların əsas sayı speed-raunda cəmlənib. Belə ki, məsələn, 2023-cü ildə Bakı təmsilçisi “Push30” startapı toxum mərhələsində 500 min dollar cəlb edib. “Crunchbase”ın məlumatları göstərir ki, Mərkəzi Asiya və Qafqaz regionunda startaplara sərmayə yatırımı, xüsusən də ilkin və toxum maliyyələşdirilməsi baxımından son illərdə artıb. "Biz vençur kapitalının artan yerli ekosistemi sayəsində 2024-cü ildə və növbəti illərdə şirkətlərin ilkin mərhələdə investisiyaların cəlb edilməsində inkişafını səbirsizliklə gözləyirik”. Bunu isə “Crunchbase News”da baş məlumat redaktoru Gene Tir bildirib.

Azərbaycanda perspektivli startap sənayelərinə gəlincə, inkişaf üçün ən böyük potensialı “HRTech”, “E-commerce”, “Enterprise” və “SaaS” göstərir.

“BGlobal Ventures”in baş direktoru Abay Absamet deyir ki, son illərdə vençur əməliyyatlarının həcmində və sayında intensiv artımın müşahidə olunmasına baxmayaraq, startapların investisiyaya olan mövcud tələbatını ödəmək üçün regionumuzda həm erkən, həm də gec mərhələlərdə fəal biznes mələklərinin və vençur fondlarının kritik kütləsi çatışmır.

Ekspertlərin fikrincə, Azərbaycanın vençur bazarı, əsasən, yerli oyunçuların gücü sayəsində inkişaf edir.

“Caucasus Ventures”in rəhbəri Məmməd Kərimin sözlərinə görə, Azərbaycanda startap və vençur şirkətlərinin ekosisteminin inkişafı üçün bütün lazımi komponentlər uğurla yaradılıb. İnkubasiya/sürətləndirmə proqramlarının mövcudluğu dövlət və cəmiyyət tərəfindən ümumi anlayışla birləşərək 400-ə yaxın startap-şirkətin yaranmasına səbəb olub. Tamhüquqlu milli vençur fondu “Caucasus Ventures”in yaradılması bazarın konsolidasiyasının səbəblərindən biri olub. “Caucasus Ventures” maliyyə sektoru ilə əməkdaşlıq edir və vençur investisiyaları üçün hüquqi bazanın formalaşdırılmasında əsas rol oynayıb.

“IDDA”-nın innovasiyalar üzrə direktoru İqor Ovçarenkonun şərhini təqdim edirik: “Bu gün Azərbaycanda cəmi 1 vençur fondu və 3 biznes mələk klubu fəaliyyət göstərir, əməliyyatların sayı isə ildə 30-u keçmir. Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) yerli investorları fəal şəkildə dəstəkləyir və məhdud məsuliyyətli tərəfdaş qismində vençur fondlarına investisiya yatırmaqla, biznes mələkləri üçün lazımi şərait yaratmaqla və investorlar üçün müxtəlif növ təlimlər təşkil etməklə beynəlxalq vençur fondlarını və biznes mələklərinin şəbəkələrini cəlb edir”.

Startap-səhnə son beş il ərzində regionda xeyli genişlənib ki, bu da çoxsaylı startaplar, fondlar, vençur investorları və mələkləri olan güclü ekosistemin mövcudluğunu təsdiq edir. Məhsulların və biznes aspektlərinin hazırlanmasının kəmiyyətdən keyfiyyətin təkmilləşdirilməsinə keçidi beş il əvvəlki müddətlə müqayisədə daha yetkin startap birliyini əks etdirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu