Ölkəmiz bu məsələdə təxminən 10 il geridədir - Osman Gündüz


Bu məsələ ölkəmizdə hədsiz çox, təxminən 10 il ləngidi.


AFN.az xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz Vençur Fondunun təqdim edilməsi ilə bağlı şərh verərkən deyib. Onun sözlərinə görə, qonşu ölkələrdə bu tip çoxsaylı fondlar uzun müddətdir aktiv işləyir: "Xatırlayıram ki, 2012-ci ildə biz ölkədə startap hərəkatına başlayanda hökumətə verdiyimiz ən birinci təkliflərdən biri belə bir fondun yaradılması, bu istiqamətdə hüquqi bazanın formalaşması olmuşdu. Bildiyim qədər, RİNN, ASAN və KOBİA nə qədər çalışsalar da, ötən müddət ərzində vençur maliyyələşmə haqqında qanun layihəsini ortaya çıxarda bilmədilər. Hələ də mənə qaranlıqdır ki, kimlər və nə üçün belə bir qanunun zamanında qəbuluna maneçilik törətdilər. İstənilən halda, yeni qanunvericilik olmadan da RİNN və digər qurumların birləşərək belə fonda start verilməsi təqdirəlayiqdir".
O.Gündüz qeyd edib ki, hazırda startup.az portalında 120 milli startap qeydiyyatdan keçib, 74 nəfər startap şəhadətnaməsi alıb: "Ümid edirəm Fond ekosistemdə ciddi bir canlanma yaradacaq və startaplarımıza investisiya dəstəyi verən ciddi bir struktura çevriləcək. Əlbəttə burada risklər, problemlər və uğursuzluqlar da qaçılmazdır. Amma inanıram ki, Məmməd Kərim də investorlarla "dil tapa" və onları inandıra biləcək, onların səylərini ekosistemin inkişafına yönəldə biləcək".
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İRİA Agentliyi, PAŞA Holding, özəl şirkətlər (RİSK, BESTCOMP, SİNAM) və bir neçə fərdi sahibkarın iştirakı ilə "Caucasus Venture" Fondu təsis edilib.Bu gün Fondun təqdimatı olub. yeni Fond startaplara 50-250 min dollar məbləğində investisiya yatıra biləcək. Büdcəsi 11 milyon manat olan ilkin inkişaf səviyyəsində olan 50-yədək startapları 5 il ərzində maliyyələşdirməyi hədəfləyib. Fonda Məmməd Kərim direktor təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu