RİNN ötən ilki hesabatını niyə açıqlamır?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarından hələlik yalnız "Azərpoçt" ötən ilin yekunu ilə bağlı hesabat verib.
AFN.az xəbər verir ki, bu haqda İT üzrə mütəxəssis Osman Gündüz bildirib. Onun sözlərinə görə, Nazirliyin özü, digər tabeli qurumlarının hesabatları yoxdur.
"Sektorda uğurlar da var, çətinliklər, problemlər və hətta yarıtmaz olan sahələr də məlumdur. Daha maraqlı və ictimai əhəmiyyət kəsb edən, cəmiyyəti daha çox maraqlandıran qurum təbii ki, RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. Rəqəmsal hökumətə, innovasiyalara və startap ekosistemə cavabdeh olan bu qurumun ötən ilki hesabatını səbirsizliklə gözləyirik. Bir neçə gün öncə də qurum startapların sayı ilə bağlı nəinki digər dövlət qurumların statistikalarına, ümumiyyətlə reallığa əsaslanmayan rəqəmlər açıqlayıb. Ümid edirəm yaxın günlərdə sektorun inkişafına cavabdeh qurumların hesabatlarını görə biləcəyik" - deyə O.Gündüz qeyd edib.