İT xərclərinin çox hissəsi tenderdən kənar olur - EKSPERT


"Son zamanlar beynəlxalq hesabatlarda geriləməyimizi nəzərə alaraq düşündüm ki, bəlkə hökumət İT və innovasiyalar üçün pul ayırmır. Amma dövlət satınalmalarının vahid elektron portalına, eSatınalmaya yenidən nəzər salıram. Baxıram ki, dövlət qurumları müxtəlif İKT işlərinin görülməsi üçün hərə öz çəkisinə uyğun yetərincə büdcə vəsaitləri xərcləyir".


AFN.az xəbər verir ki, bunu İT mütəxəssisi Osman Gündüz bildirib. O, qeyd edib ki, portalda təkcə son iki ayın, oktyabr-sentyabr aylarının İT xərclərini təxmini olaraq toplayıb: "Son iki ayda, yalnız eSatınalma poprtalı ilə açıqlanan məlumatlardan belə qənaətə gəlmək olur ki, hökumət İKT üçün 20 milyon manatdan çox vəsait xərcləyib. Nəzərə alaq ki, İT xərclərinin çox hissəsi də tenderdən kənar olur. Portaldan görsənir ki, xərclərin bir çoxu da lisenziya və support məsələsidir, server avadanlıqlarının alınmasıdır. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu tip işlərin görülməsi üçün ULTRA şirkətinə ötən ay 3 milyon manat ödəyib. Portaldan görsənir ki, İqtisadiyyat Nazirliyi və digər qurumların da bu tip xərcləri olub. Hansı ki, Prezidentin fərmanı, hökumətin qərarı ilə optimallaşma olmalıydı, dövlət bu tip işlər üçün vahid bir Hökumət Buludu formalaşdırıb. Hər bir dövət qurumu server işlərinə, data mərkəz işlərinə nöqtə qoymalı və Hökumət Buluduna keçməli idi. Amma göründüyü kimi, xərclərə nəinki qənaət edilib, nəinki optimallaşma olub, əksinə, dövlətin bu tip xərcləri daha da artıb".
Bəs bu qədər böyük xərclər qarşılığında effektivlik necə olub?
O.Gündüz beynəlxalq hesabatlara istinadən bu istiqamətdə də araşdırma aparıb: "BMT-nin Elektron hökumətin inkişafı ilə bağlı bu il dərc olunan Hesabata görə 13 pillə geriləmişik. Daha bir nüfuzlu beynəlxalq indeksə, Qlobal İnnovasiya İndeksi 2022-yə görə Azərbaycan 11 pillə geriləyib.
Antiinhisar Dövlət Xidməti bu istiqamətdə müəyyən addımlar atsa da, hələ də portalı təkmilləşə bilməyib. Regionda ən zəif olan bizim portalda ictimai nəzarət üçün yetərli imkanlar yaradılmayıb. Nomal bir araşdırma aparmaq üçün gərək zülüm çəkəsən. Adi bir müşahidə ilə müəyyən etmək olur ki, İT xərclərində səmərəsizlik və ədalətsilzik yetərincədir. Ümid edirəm hökumət, satınalmalara cavabdeh olan Antiinhisar Dövlət Xidməti, İKT layihələrə rəy verən ASAN və rəqəmsallaşmaya cavabdeh olan RİNN baş verənlərin fərqindədir".
Ekspertin sözlərinə görə, uzun müddətdir ki, hökumətin rəqəmsal transformasiya məsələlərinə konkret bir baxışı da formalaşmayıb. Hətta ayrı-ayrı qurumların bu tip konseptual sənədləri olsa da, ümumi bir baxış ortada yoxdur: "Prezidentin fərmanı olsa da və RİNN belə bir layihənin hökumətə təqdim edildiyini bildrisə də, 2 ilə yaxındır ki, konsepsiya təsdiqlənə bilmir. Bir yandan da, indiki vəziyyəti belə görürəm, ehtiyat edirəm ki, konsepsiyadan sonra səmərəsizlik daha çox olar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu