Kanadada qaçırılan təyyarəyə görə hava məkanı bağlandı


Kanadanın Vankuver şəhərindəki beynəlxalq hava limanında özəl bir təyyarənin qaçırılması hava məkanının müvəqqəti olaraq bağlanmasına səbəb olub.



CBC Newsun xəbərinə görə, polis rəsmiləri qaçırılmış kiçik sərnişin təyyarəsinin Vankuver Beynəlxalq Hava Limanına endiyini və təyyarədə olan şəxslərdən birinin saxlanıldığını bildiriblər.



CBC-yə danışan şahidlərdən biri təyyarənin havada dövrələr vuraraq uçduğunu söyləyib.



Digər tərəfdən, hava limanı tərəfindən verilən açıqlamada hadisə səbəbilə 39 dəqiqə ərzində bütün uçuşların, həm eniş, həm də qalxışların dayandırıldığı qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu