ABŞ-da yola məcburi eniş edən kiçik təyyarə avtomobillə toqquşub


ABŞ-ın Şimali Karolina ştatında hava limanı yaxınlığında magistral yolda məcburi eniş edən kiçik təyyarənin avtomobilə çırpılması nəticəsində bir nəfər xəsarət alıb.



Grinsboro polisindən verilən açıqlamada, tək mühərrikli kiçik təyyarənin texniki nasazlıq səbəbindən Piedmont Triad Beynəlxalq Hava Limanı yaxınlığındakı magistral yola təcili eniş etdiyi bildirilib.

Açıqlamada müvəffəqiyyətlə eniş edən kiçik təyyarənin avtomobilə çırpılması nəticəsində təyyarədə olan 2 nəfərdən 1-nin yaralandığı və xəstəxanada müalicə olunduğu bildirilib.

Qeyd edilib ki, nəqliyyat vasitəsinin sürücüsü xəsarət almadan xilas olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu