Braziliyaya məcburi eniş edən təyyarədə 36 nəfər xəsarət alıb


İspaniyadan Uruqvaya gedərkən şiddətli turbulentə görə Braziliyanın şimal-şərqindəki hava limanında təcili eniş etməli olan sərnişin təyyarəsində 36 nəfər yaralanıb.



“New York Times” (NYT) qəzetinin məlumatına görə, İspaniyanın “Air Europa” aviaşirkətinə məxsus təyyarənin şiddətli turbulent səbəbindən Braziliyaya məcburi eniş etməsindən sonra Braziliya rəsmiləri açıqlama verib.

Səlahiyyətlilər bəzi sərnişinlərin silkələnmə səbəbiylə təyyarədə başlarını vurduğunu və baş, boyun və sinə nahiyəsindən xəsarət aldığını bildirib.

Səlahiyyətlilər yaralanan 36 sərnişinə tibbi yardım göstərildiyini, onlardan 23-nün xəstəxanaya yerləşdirildiyini, bəzi sərnişinlərin isə şoka düşdüyünü bildirib.

Xəstəxanaya yerləşdirilən 5 sərnişindən 4-nün reanimasiyada müalicəsinin davam etdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu