Mark Avrelinin heykəli 65 ildən sonra Türkiyəyə qaytarılır

1960-cı illərdə Türkiyədən aparılan qanunsuz qazıntılar nəticəsində ölkədən qaçırılan və illər ərzində müxtəlif əllərə keçən Roma imperatoru Mark Avreliyə aid olduğu müəyyən edilən bürünc heykəl bir neçə gün ərzində ABŞ-dan Türkiyəyə gətiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi 1960-cı illərdə Burdur bölgəsində yerləşən Boubon Antik Şəhərindən qaçırılan Mark Avreliyə aid heykəlin uzun illər davam edən hüquqi və elmi araşdırmalar nəticəsində öz doğma torpaqlarına qaytarılması istiqamətindəki fəaliyyətlərini başa çatdırıb.
Miladdan sonra II–III əsrlərə aid olan və Roma imperatoru Mark Avrelinin filosof obrazında təsvir edildiyi bürünc heykəl Türkiyədən qaçırıldıqdan sonra uzun illər ərzində müxtəlif sahiblərə keçib.
Son olaraq ABŞ-ın Klivlend İncəsənət Muzeyinin kolleksiyasında olduğu müəyyən edilən heykəlin geri qaytarılması üçün nazirlik Nyu-Yorkun Manhetten dairə prokurorluğu və ABŞ Daxili Təhlükəsizlik Araşdırmaları İdarəsi ilə əməkdaşlıq aparıb və nəticədə heykəlin Türkiyəyə iade olunmasına qərar verilib.
Bu çərçivədə bürünc heykəl aprel ayında Klivlend İncəsənət Muzeyində keçirilən rəsmi mərasimlə Türkiyəyə təhvil verilib.
ABŞ-dakı prosedurların tamamlanması ilə birlikdə Mark Avreliyə aid heykəlin 65 ildən sonra aid olduğu torpaqlara qısa müddətdə qaytarılması gözlənilir.
Heykəl Türk Hava Yolları tərəfindən həyata keçiriləcək xüsusi bir uçuşla bir neçə gün ərzində Ankaraya gətiriləcək və yaxın vaxtlarda sənətsevərlərin ixtiyarına veriləcək.
Mark Avreliyə aid heykəlin geri qaytarılması Türkiyənin tarixi əsərlərin qaçaqmalçılığına qarşı apardığı mübarizədə ən önəmli uğurlardan biri kimi qiymətləndirilir.