Kraliça II Yelizavetanın ölümündən sonra ilk heykəlinin açılışı olub


Böyük Britaniyada Kraliça II Yelizavetanın ölümündən sonra ilk heykəli doğum günündə ictimaiyyətə təqdim edilib.



Bu barədə aprelin 21-də Telegraph qəzeti məlumat yayıb.

Hündürlüyü 2 metrdən çox olan bürünc heykəl Oakham Town Kitabxanasının qarşısında nümayiş etdirilib. Heykəl üç korgisin müşayiəti ilə mərasim paltarında gənc kraliçanı təsvir edir.

Rutlandın Lord Leytenantı Sarah Furnes tərəfindən 2022-ci ilin sentyabrında sifariş edilən heykəl şəxsi ianələr hesabına yaradılıb. Onun tikintisi üçün lazım olan 154 min dollar ən qısa müddətdə toplanıb.

Heykəlin açılışında Uels Korqi Liqasının üzvləri də iştirak ediblər. Ən azı 50 korgis sahiblərinin müşayiəti ilə heykəlin qarşısından təntənəli keçid baş tutub.

Qeyd edək ki, Böyük Britaniya kraliçası 8 sentyabr 2022-ci ildə 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib..



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu