Kanalizasiyadan Yunan tanrısı heykəli tapıldı


Yunan tanrılarından birinin təsvir olunduğu düşünülən heykəl qədim Roma kanalizasiyasından çıxarılıb.


Bolqarıstanın cənub-qərbindəki Heraklea Sintica antik şəhərində qazıntı aparan arxeoloqlar mərmər heykəl tapıblar. Yaxşı qorunan heykəlin Qədim Yunan tanrılarından biri olan Hermesi təsvir etdiyi güman edilir.

Bugünkü Bolqarıstanda, Yunanıstan sərhədinə yaxın olan Heraklea Sintica Makedoniya kralı II Filipp tərəfindən eramızdan əvvəl 356-339-cu illər arasında Filip tərəfindən təsis edilib.

Alimlər bildirirlər ki, şəhər eramızın 4-cü əsrinin sonlarında baş verən zəlzələ nəticəsində böyük ölçüdə dağılıb. Təbii fəlakətdən sonra sürətlə dağılan Heraklea Sintica eramızın 500-cü ilində tamamilə tərk edilib.

Yeni qazıntıları aparan qrup, təxminən 2 metr hündürlüyündə olan heykəlin zəlzələdən sonra kanalizasiyaya qoyularaq üstünü torpaqla örtməklə çox yaxşı qorunduğunu düşünür.

"Onun başı qorunub saxlanılıb, vəziyyəti çox yaxşıdır. Əllərində bir neçə sınıq var", - tədqiqata rəhbərlik edən Lyudmil Vaqalinski deyir. Arxeoloq əlavə edir ki, heykəl romalılar tərəfindən hazırlanmış qədim yunan əsərinin surətidir.

Arxeoloqlar hesab edirlər ki, Heraklea Sintica əhalisi xristianlığın Roma İmperiyasında rəsmi dinə çevrilməsindən sonra da heykəli qoruyub saxlamağa çalışmış ola bilər.

Digər tərəfdən, heykəlin kanalizasiyaya qoyulması köhnə inancların simvolik olaraq rədd edilməsi kimi də şərh edilə bilər.

Arxeoloqlar hesab edirlər ki, mərmər heykəl həm Heraklea Sintica, həm də Bolqarıstanda tapılmış ən yaxşı qorunmuş qədim heykəllərdən biridir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu