Pentaqon Los-Ancelesə göndərilən milli qvardiyanın bir qismini geri çağırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Los-Anceles şəhərində qeyri-qanuni miqrantlara dəstək məqsədilə keçirilən etiraz aksiyalarına qarşı göndərilən Milli Qvardiya qüvvələrinin bir hissəsinin geri çağırılması barədə göstəriş verib.
Pentaqon sözçüsü Şon Parnell bununla bağlı yazılı açıqlama yayıb.
Parnell tapşırığın uğurla tamamlanması səbəbilə Prezident Donald Tramp administrasiyası tərəfindən Los-Ancelesə göndərilən təxminən 4 min milli qvardiya əsgərindən 2 mininin xidmət yerlərinə geri qayıdacağını bildirib.
ABŞ müdafiə naziri Pit Heqset isə bildirib ki, milli qvardiya qüvvələri, dəniz piyadaları və Miqrasiya və Gömrük Mühafizəsi İdarəsi (ICE) əməkdaşlarının əməliyyat zamanı təhlükəsizliyini təmin etmək məqsədilə göndərilib.