Rusiya 2023-cü il üçün hərbi xərclərini iki dəfə artırır


Rusiya Ukraynaya qarşı müharibə fonunda hərbi xərclərini iki dəfə artırıb. İndi onlar bütün dövlət xərclərinin üçdə birini təşkil edirlər.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Nəşr Rusiya Federasiyasının hökumət sənədinə istinadən qeyd edir ki, təkcə 2023-cü ilin birinci yarısında Rusiya müdafiəyə ilin əvvəlində nəzərdə tutulduğundan 12% (600 milyard rubl) çox vəsait xərcləyib.

Ümumilikdə, Rusiya 2023-cü ilin ilk altı ayında 14,97 trilyon rubl xərcləyib ki, bunun da 5,59 trilyon rublu müdafiəyə ayrılıb. Bu isə bütün xərclərin 37%-dən çoxu deməkdir. Bütövlükdə Rusiya büdcəsində “milli müdafiə”yə xərclənən ümumi vəsaitin 17,1%-i nəzərdə tutulub.

"Reuters" qeyd edir ki, müdafiə xərclərinin artması Rusiyanın istehsal hesabına cüzi iqtisadi bərpasını dəstəkləyir, lakin bu, təxminən 28 milyard dollarlıq büdcə kəsirinə səbəb olub. Bu məbləğin artacağı ehtimalı var.

Nəşrin məlumatına görə, 2011-ci ildən 2022-ci ilə qədər Rusiya büdcəsinin minimum 13,9%-ni, maksimum 23%-ni müdafiəyə xərcləyib. Sənədə əsasən, Moskva yeni illik müdafiə büdcəsinin 57,4%-ni artıq xərcləyib. Eyni zamanda, məktəblər, xəstəxanalar və yollar üçün ayrılan vəsait müdafiə və təhlükəsizlik lehinə artıq kəsilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu