Müharibə Rusiya büdcəsini dağıdır


2023-cü ilin yanvar ayında Rusiya büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalıb.


Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, bir il əvvəl 125 milyard profisit yaransa da, büdcə kəsiri 1,76 trilyon rubl təşkil edib. Bildirilir ki, yanvar ayında Rusiya büdcəsinin gəlirləri 1,35 trilyon rubl təşkil edib. Neft və qaz gəlirləri 46 faiz azalaraq 426 milyard rubl təşkil edib. Bu, Ural neftinin qiymətinin aşağı düşməsi və təbii qaz ixracının azalması ilə bağlıdır.
Qeyri-neft və qaz gəlirləri il ərzində 28 faiz azalaraq 931 milyard rubl təşkil edib. Bu, daxili ƏDV və gəlir vergisindən daxilolmaların azalması ilə bağlıdır. Qeyd olunur ki, büdcə göstəriciləri "Büdcə haqqında" qanunun formalaşmasında müəyyən edilmiş dinamikaya uyğundur. Hesabat dövründə büdcə xərcləri 59 faiz artaraq 3,1 trilyon rubl təşkil edib. Maliyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, bu, müqavilələrin operativ bağlanması və müəyyən müqaviləli xərclərin əvvəlcədən maliyyələşdirilməsi ilə bağlıdır.
“Bloomberg”in məlumatına görə, Rusiyada yanvar ayında qeydə alınan büdcə kəsiri 1998-ci ildən bəri ikinci belə ciddi haldır. Xərclərin artması isə agentliyin şərhinə görə, Ukraynadakı müharibə ilə bağlıdır.
Prosesi “Forbes” də şərh edib. Jurnal yazır ki, Rusiya Maliyyə Nazirliyi yanvarda büdcə kəsirini ödəmək üçün ilk dəfə olaraq Milli Rifah Fondundan 3,6 ton qızıl satıb. Qurum həmçinin 2,3 milyard yuan satıb. Ümumilikdə, bu, büdcəyə 38,5 milyard gəlir gətirib. Eyni zamanda, yanvarda Milli Rifah Fondunun həcmi 373 milyard rubl artaraq 10,8 trilyon rubl təşkil edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu