Zelenski: Kiyev silah alarsa, hərəkətə keçməyə hazırdır


Kiyev uzaq mənzilli silahlar alarsa, hərəkət etməyə hazırdır.



AFN.az xəbər verir ki, bunu “Newsmax” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.



“Biz hərəkətə keçməyə, güc nümayiş etdirməyə hazırıq”, - o, aparıcının Kiyevin uzaqmənzilli silahlar alacağı təqdirdə Rusiya ərazisinə dərin zərbələr endirəcəyi ilə bağlı sualını cavablandırıb.



Ukrayna prezidenti bildirib ki, Kiyev bu cür silahlardan dərhal istifadə etməyəcək, lakin Rusiya onların mövcudluğundan xəbərdar olmalıdır.



Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməkdə davam etmək qərarına gəlib. Bu prosesi NATO koordinasiya edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu